Binə sakini dəm qazından zəhərlənərək ölüb. Day.Az xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Bədəl Əzimov Hüseynağa oğlu yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb.