Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Davosda aktivlərin idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən olan "BlackRock" və onun törəmə şirkəti "Global Infrastructure Partners" (GIP) ilə uzunmüddətli strateji əməkdaşlıq niyyətini rəsmiləşdirib.