"Beşiktaş" transfer çalışmalarını davam etdirir. Day.Az xəbər verir ki, Trend bu barədə xarici KİV-lərə istinadən məlumat yayıb. Məlumata görə, "qara qartallar" "Ayntraxt"ın (Frankfurt) yarımmüdafiəçisi Oskar Hoylundu heyətinə qatmağı planlaşdırır. "Beşiktaş 21 yaşlı norveçli futbolçu üçün frankfurt klubu ilə danışıqlara start verib.