Bu gün əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada imtahanlar keçiriləcək. Day.Az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, ölkə üzrə 6 mindən çox şəxs imtahanda iştirak etmək üçün müraciət edib.