"Zirə"nin müdafiəçisi I Liqa klubunda
"Mingəçevir" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Day.Az xəbər verir ki, I Liqa təmsilçisi "Zirə"dən Fuad Bayramovu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı sol cinah müdafiəçisi mövsümün sonuna qədər "Mingəçevir"in formasını geyinəcək.
