Cənubi Qafqaz "təmiz" texnologiyalara investisiya üçün əsas məkanlardan birinə çevrilə bilər. Day.Az xəbər verir ki, bunu Energetika və mənzil məsələləri üzrə Avropa Komissiarı Dan Yorgensen martın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.