Qara istiot A, C və K vitaminləri ilə yanaşı, kalium, kalsium, dəmir və fosfor kimi mühüm minerallarla zəngindir. Onun antibakterial xüsusiyyətləri acqarına istehlak edildikdə daha effektiv olur. Milli.Az xəbər verir ki, səhərlər bir neçə ədəd dənəvər qara istiot çeynəmək mədəni rahatladır və həzm prosesini sürətləndirir.