Xurma yüksək qida dəyərinə malik meyvələrdən biridir. Day.Az xəbər verir ki, tərkibində lif, kalium, maqnezium, dəmir, mis və B6 vitamini var. Mütəxəssislərin sözlərinə görə, xurma həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və bağırsaq sağlamlığını dəstəkləyir.