Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.