Vətəndaşlar üçün yeni investisiya və qazanc imkanları yaradan ABB istiqrazlarına abunə yazılışının 3-cü mərhələsi də uğurla başa çatıb. Hər biri 5 milyon manat həcmində olan 1 illik və 2 illik istiqraz buraxılışları investorların yüksək marağı ilə qarşılanıb. Hər iki buraxılış üzrə sifarişlərin ümumi həcmi 19 846 100 manat təşkil edib.