Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Day.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" ilə "Hyundai" markalı minik maşınları toqquşub.