Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Day.Az xəbər verir ki, rayonun Bədirqala kəndində Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə 4 yaşlı Əliyev Yaqub Samət oğlunu vurub. Nəticədə, azyaşlı aldığı xəsarətlərdən ölüb. Bildirilib ki, dünən Y.Əliyev anası ilə Bakıdan Qusara qonaq gedib.