Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb. Day.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.