Sentyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 26-30° isti olacaq.