2026-cı ilin yay mövsümündə Azərbaycanın hava məkanında hava hərəkətinin həcmi artıb. İyun-avqust aylarında "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən ümumilikdə 102, 130 uçuşa aeronaviqasiya xidməti göstərilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11% artıb.