Dubay-Təl-Əviv aviareysi ilə uçan daha bir sərnişin təyyarəsinə geri dönmək göstərişi verilib. Day.Az xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb. Məlumata görə, təyyarə Birləşmiş Ərəb Əmirliklərinə qayıdır. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.