Almaniyada inflyasiya sentyabrda 3,3 faiz təşkil edib. Bununla da ölkədə istehlak qiymətləri 2023-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin məlumatında bildirilib. Məlumata görə, istehlak qiymətləri sentyabrda avqustla müqayisədə 0,6 faiz artıb.