Azərbaycanda keçirilən təlimlərdə Türkiyə və Özbəkistanın bölmələri də iştirak edib. Təlim türk dövlətlərinin hərbi əməkdaşlığının genişləndirilməsinə hazır olduğunu nümayiş etdirib. Day.Az xəbər verir ki, sentyabrın 21-dən oktyabrın 1-dək davam edən təlimlərdə 3500-dən çox hərbçi iştirak edib.