Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Orta Dəhlizin inteqrasiya olunmuş, etibarlı və kommersiya baxımından əhəmiyyətli nəqliyyat şəbəkəsi kimi gücləndirilməsini dəstəkləyir. Day.Az xəbər verir ki, bunu AIIB-nin 2-ci region üzrə dövlət sektoru müştəriləri ilə iş üzrə Baş direktoru Syaohun Yanq Trend-ə müsahibəsində deyib.