Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi "WhatsApp" və "WhatsApp Business" hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı istifadəçilərə xəbərdarlıq edib və hesabların qorunması üçün təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.