Qazaxıstanın qərbində uşaqlar arasında metapnevmovirus aşkarlanıb
Qərbi Qazaxıstan vilayətində 14 yaşadək iki uşaqda metapnevmovirus aşkarlanıb. AZƏRTAC Qazaxıstan mediasına istinadən xəbər verir ki, sanitar həkimlər infeksiyanın yayılma riskini azaltmaq üçün region sakinlərini profilaktik tədbirlərə riayət etməyə çağırıb.