Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Ersin Tatar dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb.