Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat müəyyənləşib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib. Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.