Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli musiqiçisi, klarnet və saksafon ifaçısı, dirijor, bəstəkar və Xalq artisti Tofiq Əhmədovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Day.Az xəbər verir ki, konsert Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.