Bu ilin dekabrın 1-nə Azərbaycanda pul bazası 20,6 milyard manat təşkil edib. Bu barədə Day.Az Mərkəzi Bankdan məlumat əldə edib. Bildirilib ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,5 % çoxdur. Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 1,4% azalıb, son 1 ildə isə 12,2% artıb.