Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin 5 heyət üzvündən 3-ü sağ qalıb. Day.Az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev deyib. Onun sözlərinə görə, qəza nəticəsində pilotların hər ikisi həlak olub.