Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində yaralananların vəziyyəti, reanimasiyada olan 3 nəfər istisna olmaqla, yaxşıdır. Day.Az xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib. "Nəqliyyat naziri ilə hadisə yerində olduq. Daha sonra yaralılara baş çəkdik.