Qazaxıstanın Bakıdakı səfirliyində bu ölkənin bayrağı yarıya qədər endirilib. Day.Az xəbər verir ki, bu barədə Səfirlikdən məlumat verilib. Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qəzada ölənlər arasında 6 Qazaxıstan vətəndaşı da olub.