"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığı ərazidən daha bir "qara qutu" tapılıb. Day.Az Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev deyib.