Astara rayonunun Şiyəkəran kəndini iki hissəyə ayıran Pensərçay (Təngərüdçay) üzərində yeni avtomobil körpüsü inşa edilib. Day.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini tərəfindən qısa müddət ərzində tikintisi aparılan bir aşırımlı yeni körpünün uzunluğu 35 metr, eni 10 metr təşkil edir.