Rusiyanın "ВЧК-ОГПУ" adlı Telegram kanalı Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin qəzası ilə bağlı əldə etdikləri yeni təfərrüatları açıqlayıb. Trend-in məlumatına görə, nəşr iddia edir ki, təyyarənin Qroznı üzərində hava hücumundan müdafiə sistemi vasitəsilə vurulması ilə bağlı versiya doğrudur.