Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində olan ekipaj üzvü Zülfüqar Əsadov hadisənin baş vermə anından danışıb. Day.Az-ın APA-ya istinadən məlumatına görə, hazırda xəstəxanada olan Z.Əsadov 1988-ci ildən bəri təyyarə bələdçisi olaraq çalışdığını bildirib. O qeyd edib ki, təyyarə eniş edən zaman havada qatı duman olub: