Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 94,9 milyon ABŞ dolları dəyərində 441 min ton metanol (metil spirti) ixrac edib. Bu barədə Day.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13,5 milyon ABŞ dolları (16,6%) çox, həcm baxımından isə 9 035 ton (2%) azdır.