Bakıdakı "Ask plaza" fəaliyyətini dayandırır. Day.Az Modern.az-a istinadla xəbər verir ki, buna səbəb plazanı idarə edən şirkətin ləğv edilməsidir. Belə ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilib.