"Dünyasını dəyişən uşağımın adına hesab açılıb, sosial şəbəkələrdə paylaşılaraq pul yığılır". Day.Az xəbər verir ki, belə bir iddia ilə uşağın anası Nəzrin Əsgərova çıxış edir. "Xəzər Xəbər"ə müraciət edən qadın deyib ki, övladı Məhəmməd Kələntərov 2021-ci ildə dünyaya gəlib və ağır xəstəlikdən dünyasını dəyişib.