Ölkədə ilk KOB klaster şirkəti olan "Frutena KOB klaster şirkəti" MMC artıq dövlət qeydiyyatına alınıb. KOB klaster şirkəti Quba rayonunun ərazisində alkoqolsuz içkilərin istehsalında istifadə ediləcək təbii meyvə konsentratı istehsal edəcək. 4 hektar ərazidə yerləşəcək zavodun 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.