Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində saxta pulların dövriyyəsi ilə məşğul olan Mərahim Fərəcovun saxlanılması istiqamətində əməliyyat tədbiri keçirilib.