Albaniyanın "Biliş" klubundan ayrıldıqdan sonra bu ölkənin "Erzeni" klubundan baş məşqçi təklifi alan Rüfət Quliyev qərarını verib. İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, Quliyev "Erzeni"nin təklifindən imtina edib. O, bu klub üçün Albaniyaya qayıtmaq istəməyib. Buna səbəb isə "Erzeni"dəki perspektivin olmamasıdır.