Türkiyənin Malatya şəhərinin Darende rayonunda 4 bal gücündə zəlzələ baş verib. Day.Az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, yeraltı təkanların ocağı 10,4 kilometr dərinlikdə yerləşib.