Ötən gün həyatını itirən Türkiyənin sənətçisi Ferdi Tayfurun sevənləri onunla mahnılarını səsləndirərək vidalaşıblar. Day.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 79 yaşında Antalyada müalicə aldığı xəstəxanada vəfat edən sənətçinin ölüm xəbərindən sonra yaxınları və pərəstişkarları klinikanın qarşısına toplaşıblar.