"Bir dəfə belə xətrimə dəyməyib, həmişə can deyib can eşitmişik". Day.Az xəbər verir ki, bu sözləri mərhum aktyor Azər Baxşəliyevin həyat yoldaşı Nigar Baxşəliyeva deyib: "Kaş, xətrimə dəyərdi, küsərdim ondan. Heç vaxt mübahisə belə etməmişik. Söz-söhbətimiz də olmayıb. Həmişə "qurban olum"la danışmışıq. Özüm 2 yaşından atasız böyümüşəm.