2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda 550 milyon kVts "yaşıl enerji" istehsal edilib. Bu barədə Day.Az-a "AzərEnerji" ASC-dən məlumat verilib. 2024-cü ilin 12 ayında Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında "AzərEnerji" tərəfindən 550 milyon kilovat saatadək ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal olunub.