Bələdiyyə seçkilərində 16 min 174 nəfərin namizədliyi qeydə alınıb. Day.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib. MSK sədri bildirib ki, onlardan 8429 nəfər 23 siyasi partiyanın üzvüdür.