"Azəri sevən tamaşaçılardan biri təmənnasız olaraq öz böyrəyini ona vermək istəyirdi. Ötən ilin mart ayından etibarən bununla bağlı sənədləşmə işləri gedirdi". Day.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı-aktyor İlkin Həsəni "Xəzər axşamı" verilişində mərhum həmkarı və dostu Azər Baxşəliyevlə bağlı danışarkən deyib.