Ötən il Bakıda söküntülərin aparılması və torpaq sahələrinin azlığı paytaxtın mənzil bazarında qiymətlərin bahalaşmasına səbəb olub. Bəs bu il mənzil bazarında qiymətlər necə olacaq? Day.Az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, mənzil bazarında qıtlıq hökm sürür.