"Heydər Əliyev" su anbarı üzərində olan elektrik stansiyasının son 5 ildə istehsal etdiyi enerjinin həcmi açıqlanıb. Bu barədə Day.Az-ın sorğusuna cavab olaraq Naxçıvan Dövlət Energetika Xidmətindən məlumat verilib. Bildirilib ki, bu rəqəm 2020-2024 cü illər arasında müvafiq olaraq 7.076, 6.759, 2.675, 1.975 və 9.656 min kVt/saat olub.