Abşeronda 71 yaşlı kişi dəm qazından boğularaq ölüb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 1953-cü il təvəllüdlü Məmmədov Rəşid Xeyrulla oğlunun yaşadığı Xırdalan şəhəri, məhəllə 26, 88 nömrəli evdə 2 gözlü qaz peçinin yanıq vəziyyətdə qalması səbəbindən dəm qazından zəhərlənərək ölüb. Araşdırma aparılır.