Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Suriyada baş vermiş hakimiyyət dəyişikliyindən sonra suriyalı qaçqınların doğma vətənlərinə qayıdış tempi kəskin şəkildə sürətlənib. Day.Az Trend-a istinadən xəbər verir ki, bunu nazir Cilvegözü sərhəd buraxılış məntəqəsində jurnalistlərə verdiyi açıqlamada bildirib.