"Metropolitendə sərnişindaşıma pandemiyadan sonra yenə ən yüksək səviyyəyə, 230 milyon nəfərə çatıb. Bu rekord göstəricidir". Day.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlara dair keçirilən brifinqdə deyib.