Aparıcı Zaur Nəbioğlunun səhhətində problem yaranıb. Day.Az OLAY-a istinadən xəbər verir ki, bu gün "Rəngarəng səhər" verilişində aparıcının halı dəyişib. Verilişdən yarımçıq çıxmalı Zaur üçün təcili yardım çağırılıb. Proqramın davamında onu başqa biri əvəzləyib və Zaurla bağlı məlumat verib.